SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Qapalı Sahəyə Giriş | Confined Space Entry

Qapalı Sahə Nədir?

Ümumiyyətlə, Qapalı Sahələr bağlı və ya qismən bağlı sahələrdir ki:

  • Yerləşdiyi yerə, ölçüsünə və ya qurğularına görə məhdud giriş və çıxışı olan;

  • Havalandırması və işıqlandırması zəif olan;

  • İnsanların uzun müddət fəaliyyət göstərməsi üçün nəzərdə tutulmayan;

  • İnsanın  bədənin tam  daxil olması üçün yetəri qədər geniş olan;

  • Alışqan və ya toksik maddələrin mövcud olma ehtimalı;

  • Oksigen çatışmazlığı olan mühit;

  • Oksigenlə zənginləşmiş mühit;

  • Bərk cisimlərin və ya mayelərin içəri keçməsi;

  • Həddən artıq eksterminal temperaturun mövcud olduğu yerlər.

Hər il dünyada müxtəlif istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş saxlanma çənlərinədək qapalı sahələrdə çoxlu sayda insan tələf olur. Bundan əlavə, bir çox insan da ciddi xəsarət alır. Ölənlərin sırasına təkcə qapalı sahədə çalışanlar deyil, həmçinin onları xilas etməyə çalışan, lakin xüsusi təlim keçməmiş və müvafiq avadanlığa malik olmayan şəxslər (60%-dək) də daxildir. Təhlükəsiz iş sisteminin tələblərinə görə Qapalı sahələrdə işlər səlahiyyətli şəxslər (xüsusi təlim keçmiş və təcrübəli) tərəfindən həyata keçirilməlidir. 

G&I Training Academy sizlərə Qapalı sahəyə Giriş üzrə Beynəlxalq standartlar (Safe work in confined spaces Confined Spaces Regulations 1997) əsasında hazırlanmış təlim təklif edir. 

 

Təlimin məqsədi: Qapalı Sahədə baş verə biləcək təhlükələr onların mənbələri və bu cür sahələrdə çalışarkən zədə və xəsarətlərin qarşısını almaq üçün səmərəli təhlükəsizlik tədbirlərinin necə həyata keçirilməsi barədə ümumi anlayış vermək.

Təlim kimlər üçün nəzərdə tutulub:  Qapalı Sahələrə giriş əməliyyatlarına cəlb edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Qapalı Sahədə baş verə biləcək təhlükələr onların mənbələri

  • Qapalı Sahədə işləmək üçün tələblər

  • Ehtiyyat tədbirlərinin görülməsi

 

Mövzular: 

  • Giriş

  • Qapalı Sahə nədir

  • Qapalı Sahələrdəki Təhlükələr

  • Enerjinin təcrid olunması

  • Qapalı Sahədə çalışan işçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri

  • Qapalı Sahədə işin icrasına icazə 

  • Qapalı Sahədə işləmək üçün tələb olunan sənədlər

  • Qapalı Sahə üzrə nəzarət tədbirləri

  • Havanın yoxlanması

  • Fövqəladə Hallar və Xilasetmə işlərinin təşkili

  • Təlimin yekunu və Qiymətləndirmə

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri